Zəngəzurda əhali arasında evakusiya təlimləri keçirilir.
Sonxeber.pro Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazır.
Nəşr bu durumun İran ətrafında yaranmış beynəlxalq gərginliklə əlaqəli olduğunu iddia edir:
"Sirr deyil ki, müharibədən sonra Sünik (Zəngəzur) beynəlxalq aktorların və strukturların diqqət mərkəzindədir, iki ilə yaxındır ki, müxtəlif səviyyəli rəsmilər, səfirlər bura gəlirlər, son vaxtlar isə BMT, UNICEF, Avropa Birliyi tərəfindən bölgədə "Fəlakət risklərinin idarə edilməsi" üzrə proqramlar həyata keçirilir.
Sünik regional administrasiyası bildirir ki, bu strukturlar və QHT-lər bir-birini gözləmədən müxtəlif icmalarda fasiləsiz təlimlər keçirir, müzakirələr təşkil edir, bunda da əsasən əhalinin evakuasiya planları, sığınacaqların qaydaya salınması, mənzil fondu və sair məsələlər diqqət çəkir.
Bu fəallıq Sünik sakinləri arasında narahatlıq yaradıb, şübhələr var ki, beynəlxalq ictimaiyyət Süniki yeni fəlakətə hazırlaşdırır".
Mənbə: https://news.milli.az/world/1109680.html