Yasamalda kərpiclə hörülmüş divar ustanın üzərinə aşıb və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sonxeber.pro xəbər verir ki, hadisə ötən gün qeydə alınıb.
Belə ki, 1957-ci il təvəllüdlü Xəqani Əliyev Əli oğlu usta kimi işlədiyi mənzilin hamam otağında söküntü işləri apararkən kərpiclə hörülmüş divar üzərinə aşıb və nəticədə ölüb
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
Sonxeber.pro Mənbə: https://news.milli.az/incedent/1081313.html