Rusiyanın Xalq artisti Alla Puqaçova ölümlə üz-üzə gəlib.
Sonxeber.pro axşam.az-a istinadən bildirir ki, bu barədə 74 yaşlı sənətçinin keçmiş həyat yoldaşı Filipp Kirkorov aparıcı Andrey Malaxovun verilişində danışıb. Müğənni bildirib ki, Puqaçova illər əvvəl xaricdə liposaksiya etdirdikdən sonra onda sepsis (müxtəlif mikroorqanizmlər və onların toksinlərinin törətdiyi ağır infeksion xəstəlik) yaranmışdı:
"O, sənədləri imzaladı və Moskvaya qayıtdı. Anlayırdı ki, orada qalmaq sonu olacaq. Allada instinkt var. Moskvada həkimlərimiz onu xilas etdilər. İndi isə əla görünür".
Qeyd edək ki, Puqaçova şoumen həyat yoldaşı Maksim Qalkin və uşaqları ilə birlikdə Rusiyanın Ukraynaya hücümundan sonra İsrailə köçüb.
Sonxeber.proMənbə: https://news.milli.az/showbiz/1143242.html