Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
USAID Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafını hədəfləyir - Maykl Nirbas Xəbərlər

0

  • USAID Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafını hədəfləyir.
    Bu barədə bazar ertəsi Trend-ə USAID-in Azərbaycan missiyasının direktoru Maykl Nirbas deyib.
    Onun sözlərinə görə, bu istiqamətdə kənd təsərrüfatı və aqroturizm olmaqla iki prioritet istiqamət seçilib.
    "Bu sektorlar qısamüddətli perspektiv baxımından böyük iqtisadi potensiala malikdir. USAID kənd təsərrüfatı sahəsində böyük iş təcrübəsinə malikdir, biz xüsusən kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracı sahəsində kiçik sahibkarlar üçün təlim və seminarlar keçiririk. İstehsal və ixracı artıq formalaşmış orta biznes subyektləri üçün biz yeni bazarlara, xüsusən Avropa, Yaxn və Uzaq Şərq bazarlarına çıxış sahəsində dəstək göstəririk, xarici bazarlardan və iştirakçılardan asılılığı aradan qaldırmağa yardım göstəririk. Həmçinin malların standartlaşdırılması, istehsal və ixrac olunan məhsulların beynəlxalq tələblərə uyğunlaşdırılması sahəsində onlarla çalışırıq. USAID KOB subyektlərinə və Azərbaycan hökumətinə texniki və maliyyə dəstəyi göstərir", - o deyib.
    Aqroturizm sektorundan danışan M.Nirbas USAID-in fermerlərə və bu sahədəki sahibkarlıq subyektlərinə texniki və maliyyə dəstəyi göstərdiyini deyib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1124842.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib1 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15:30
    05:00
    05:30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar