Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ukrayna buna can atır - Nazir müavini Xəbərlər

0

  • Ukrayna postmünaqişə dövründə bərpa işlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə can atır.
    Bunu Trend-ə Ukraynanın icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Sergey Derkaç Beynəlxalq Nəqliyyat Forumunun illik sammitinin kuluarlarında deyib.
    O qeyd edib ki, bu nöqteyi-nəzərdən Ukrayna Azərbaycanın Nəqliyyat Nazirliyi ilə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir.
    "Biz son zamanlarda tranzit icazələri ilə əlaqədar məsələlər üzrə əməkdaşlıq edirik. Artıq azərbaycanlı həmkarlarımızdan Ukraynaya bu icazələrin verilməsi ilə bağlı cavab almışıq", - o deyib.
    Nazir müavini əlavə edib ki, bu tranzit məhdudiyyətləri ən azından müharibə davam etdiyi müddətdə tam aradan qaldırılarsa, Ukrayna məmnun olar: "Bütünlükdə Ukrayna Azərbaycanla əməkdaşlığın istənilən növünü yaxşılaşdırmağın üzərində çalışacaq".
    Qeyd edək ki, 24-26 may 2023-cü il tarixləri ərzində Almaniyanın Leypsiq şəhərində Böyük Britaniyanın sədrliyi ilə dayanıqlı iqtisadiyyata imkan yaradan nəqliyyat üzrə ITF sammiti keçirilib. İştirakçılar nəqliyyatın eyni zamanda ekoloji və sosial dayanıqlılığa şərait yaratmaqla iqtisadi artıma necə imkan yarada biləcəyini müzakirə edib və fikir mübadiləsi aparıblar.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/world/1125372.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi3 ay öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    04:10
    01:10
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar