Ukrayna ordusu Mariupolda Rusiya Silahlı Qüvvələrinə məxsus kazarmaya zərbə endirib.
Sonxeber.pro axar.az-a istinadən bildirir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqram kanalında yazıb.
O bildirib ki, kazarmada 200-ə yaxın dağıstanlı, yaxud kadırovçu döyüşçü olub.
Andryuşenko ölənlərinin sayının dəqiq bəlli olmadığını, buna rəğmən əraziyə xeyli sayda təcili yardım, xilasedicilərin gəldiyini bildirib.
Sonxeber.proMənbə: https://news.milli.az/politics/1101176.html