"Apple" baş rolda Uill Smitin çəkildiyi "Liberation" filminin ilk tam treylerini təqdim edib.
Ekran əsəri "Apple TV+"da 9 dekabr 2022-ci ildə yayımlanacaq.
Sonxeber.pro oxu.az-a istinadən xəbər verir ki, film Smitin "Oskar" mərasiində Kris Roka sillə vurduqdan sonrakı ilk filmi olacaq.
"Liberation"dakı hadisələr ABŞ-dakı vətəndaş müharibəsi zamanı cərəyan edir. Süjetin mərkəzində ovçulardan gizlənərək İttifaq Ordusunun qoşunlarına çatmağa çalışan Piter (U.Smit) adlı qaçaq kölə dayanır.
Sonxeber.pro
Mənbə: https://news.milli.az/interest/1085585.html