ABŞ Ədliyyə Nazirliyi keçmiş prezident Donald Trampa qarşı əlavə ittihamlar irəli sürüb.
Sonxeber.pro Trend-ə istinadən bildirir ki, bu barədə Florida ştatının Cənub Dairəsinin məhkəməsinin elektron məlumat bazasına daxil olan sənəddə deyilir.
"32-ci maddə əlavə edildi, ona görə Donald Tramp daha bir maddə ilə - müdafiə məlumatlarını qanunsuz saxlamaqda ittiham olunur", - deyə sənəddə bildirilir.
Xatırladaq ki, daha əvvəl ABŞ hakimiyyət orqanları keçmiş Prezident Donald Tramp və onun köməkçisi Uolt Nautana qarşı məxfi sənədlərin qanunsuz saxlanması işi üzrə 38 maddədən ibarət ittihamlar irəli sürüblər.
Sonxeber.proMənbə: https://news.milli.az/world/1135011.html