Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Surovikinin həbsi mümkündür? - 7 səbəb Xəbərlər

0

  • Qərbyönlü Rusiya KİV-ləri Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikinin həbs olunduğunu yazıb. Düşünürəm ki, bu xəbər doğru deyil.
    Sonxeber.pro Axar.az-a istinadən bildirir ki, bunu rusiyalı tanınmış politoloq Sergey Markov qeyd edib.
    O, Surovikinin həbsini aşağıdakı səbəblərdən dolayı yalan ola biləcəyinə işarə edib:
    1. Surovikin birbaşa televiziyada Priqojinin üsyanına qarşı çıxış etdi;
    2. Kimin günahkar olduğunu müəyyən etməli olan istintaq indicə başlayıb. Çox vaxt aparmayacaq;
    3. Surovikin orduda məşhurdur;
    4. Surovikin yaxşı peşəkardır və ordunun ona ehtiyacı var;
    5. Üsyançıların başçıları azadlıqda ola-ola, onlara qarşı çıxanların həbs edilməsi qəribə olmazdımı?



    6. Surovikinin həbsi ilə bağlı mənbələr tam aydın deyil;
    7. Dezinformasiyaya maraq açıq-aşkar görünür - üsyan mövzusunu diqqət mərkəzində saxlamaq; hakimiyyət isə bu mövzunu gündəmdən çıxartmağa çalışır ki, daha tez unudulsun.
    Qeyd edək ki, Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin və onun müavini general-polkovnik Andrey Yudinin vətənə xəyanətdə günahlandırıldığı barədə xəbərlər yayılıb.
    Daha sonra Yudin özünün həbs olunduğu barədə xəbərləri təkzib etsə də, Surovikinin harada olmasından xəbərsiz olduğunu bildirib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/world/1130264.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi2 ay öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    10:40
    05:30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar