Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Solaxaylar haqda maraqlı faktlar Xəbərlər

0

  • Hamı kimi adi insan olan solaxaylar çox vaxt başqalarının diqqətini özlərində toplamağı bacarırlar. Çoxları sol əllə iş görə bilmədiyi halda onlar sol əllə sürətlə yazır, yemək yeyir və ümumilikdə sol əlsiz heç bir iş görə bilmirlər.
    Sonxeber.pro xəbər verir ki, həkim-terapevt Cahan Cavadova deyib: "Solaxaylığın irsən keçməsi elmi araşdırmalar zamanı təsdiqlənib. Lakin bununla yanaşı bəzən ailədə heç kim solaxay olmadığı halda uşaqlarda solaxaylıq inkişaf edir. Bu isə həmin uşaqlarda sağ beyin yarımkürəsinin sol beyin yarımkürəsinə nisbətən daha yaxşı inkişaf etdiyini və həmin beyin yarımkürələri arasındakı keçiriciliyin daha yaxşı olduğunu göstərir".
    Statistikaya görə, Azərbaycanda əhalinin 8 faizi solaxaydır. Müsahibimizin dediyinə görə, solaxaylıq əvvəllər heç də xoşagələn hal kimi qəbul edilməsə də, indi buna adi baxılır: "Solaxaylar çox aqressiv olurlar və onlar çalışdıqları fəaliyyət sahəsində və eşitdiklərinə tez reaksiya verirlər. Hansısa fikir və hadisəyə tez reaksiya verməkdə onlar başqalarına nisbətən üstün olurlar. Onların bir üstün cəhəti də ondan ibarətdir ki, sağ əl zədələndikdə sol əldən istifadə edə bilirlər, sol əl zədələndikdə solaxay olduqlarına baxmayaraq sağ əldən rahatlıqla istifadə edə bilirlər".
    "Bəzən gənc analar müxtəlif yollarla uşaqları solaxaylıqdan çəkindirməyə çalışırlar. Uşaq solaxaydırsa, onu sağa keçirmək onun bütün vərdişlərini dəyişir və onu daha aqressiv edir. Ona görə də uşaq solaxaydırsa, onu dəyişməyə çalışmamaq məsləhətdir",- deyə həkim-terapevt bildirib.



    Mütəxəssislərin araşdırmalarına görə, solaxayların sayının artması cəmiyyətin intellektual səviyyəsinin yüksəlməsi və hətta riyaziyyat, incəsənət və idman sahəsində əsl dahilərin yaranmasına gətirib çıxara bilər. Ona görə də solaxay olanlar bunu özlərinə kompleks etməməli və uğura doğru daim irəliləməlidirlər.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/interest/1109194.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi6 ay öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23:00
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar