Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Şöhrət özü gəlib bizi tapır, biz şöhrətin arxasınca qaçmırıq" - Xalq artisti Xəbərlər

0

  • "Biz işimizlə məşğul oluruq. Şöhrətpərəstlikdən, şöhrətdən heç xoşumuz gəlmir. Şöhrət özü gəlib bizi tapır, biz şöhrətin arxasınca qaçmırıq. Bu xalq, bu millət də öz alqışı ilə, xoş sözləri ilə bizi sevə-sevə ucaldır. Biz yalnız sənətimizlə gündəmə gəlmək istəmişik və gəlmişik. Ona görə də vaxtilə atılan daşlara da sənətimizlə cavab vermişik"
    Sonxeber.pro xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Gülyanaq Məmmədova deyib. Sənətkar bacısı, xalq artisti Gülyaz Məmmədova ilə heç vaxt küsülü qala bilmədiyini bildirib.
    "Son sözü həmişə Gülyaz deyir. Gülyaz bir şeyi bəyənməyəndə üzümə deyir. Mən də tez özümdən çıxıram, sonra fikirləşirəm ki, mənim xeyrimə deyib. Küsülü qala bilmirik, nə Gülyazın kini var, nə də ki, mənim. bir dəqiqə də küsülü qala bilmirik. Bir köməkçim var, deyir ki, "siz dalaşanda mənim xoşuma gəlir. Siz dalaşırsız, yoxsa zarafat edirsiz?". Gülyaz geyinməyi xoşlayır. Bütün xərcləri geyimdə, studiyalardadır. Deyir ki, dünyada bunlar qalacaq. Bir-birimizin paltarını heç vaxt geyinməmişik. Çünki səhnəyə bir çıxmışıq. Bəzilərini ehtiyacı olanlara vermişik, bəziləri isə qalır" deyə müğənni bildirib.
    "Ən böyük arzunuz nədir?" sualına sənətkar belə cavab verib.
    "Əlbəttə ki, ən böyük arzum can sağlığı, əmin-amanlıqdır. İnanın ki, canımız sağ olarsa, doğmalarımızın yanında olarıqsa, bu bizim üçün dünyaya bərabərdir. Sənətimizlə bağlı arzumuz da var. Həm Gülyazın, həm də mənim. Ən böyük arzumuz ev muzeyimizin olmasıdır. Bunu bir dəfə də soruşanda demişdim. Muzeyimiz olandan sonra bütün mükafatlarımızı, təltiflərimizi, arxivlərimizi ora qoymaq istəyirik" deyə sənətkar bildirib.



    Müğənni pəhriz saxlaması ilə bağlı yazılan rəylərə də münasibət bildirib.
    "Bizim işimiz çox olur. Gün ərzində 10 yerə gedib-gəlirik. Heç düz-əməlli, vaxtlı-vaxtında yemək yeyə də bilmirik. Bu günə qədər pəhriz saxlamamışam. Vallah, insanlar inanmır. Deyirlər ki, "ola bilməz, pəhriz saxlayırsınız". Bu bəlkə də genetikdir. Pandemiyada bir az çəki almışdım, ondan da tez qurtuldum" deyə müğənni bildirib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/showbiz/1124831.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib1 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14:10
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar