Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Sinqapurun Yeni Prezidenti Bəlli Olub Xəbərlər

0

  • Sinqapurun keçmiş baş nazirinin müavini Tarman Şanmuqaratnam prezident seçkilərində qalib gəlib.
    Sonxeber.pro report-a istinadən xəbər verir ki, bu barədə "The Straits Times" məlumat yayıb.
    Nəşrin məlumatına görə, Şanmuqaratnam səslərin 70,4 faizini, onun rəqibləri Nq Kok Sonq və Tan Kin Lian isə müvafiq olaraq 15,72 faiz və 13,88 faiz səs toplayıblar.
    "Mən tam əminəm ki, Sinqapurun yeni lideri prezident kimi öz vəzifələrini çox yaxşı yerinə yetirəcək", - Baş nazir Li Syanlun Şanmuqaratnamın qələbəsi münasibətilə deyib.



    Qeyd edək ki, Sinqapur parlamentli respublikadır, real hakimiyyət baş nazirin əlində cəmləşib. Prezident baş hakim, baş prokuror, Dövlət Qulluğu Komissiyasının sədri və üzvləri, Müdafiə Qüvvələrinin rəisi və Polis Müvəkkili kimi əsas vəzifələrə təyinatları təsdiq edir. O, həmçinin deputatların əksəriyyətinin etimadını qazanacaq baş naziri təyin edir. Prezidentin maliyyə qanun layihələri üzərində veto hüququ da var (veto parlament tərəfindən üçdəiki səs çoxluğu ilə ləğv edilə bilər). Bundan başqa, o, əfv elan edir, korrupsiyaya qarşı mübarizə tədbirlərində, daxili təhlükəsizlik və dini məsələlərlə bağlı qərarların qəbulunda iştirak edir.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/world/1140996.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi3 həft. öncə
    İzlənib71 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19:20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar