Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Şəhərdən Aroniyaya: Nizamlı Bir Səyahət Etdin... Xəbərlər

0

  • Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov erməni şahmatçı Levon Aronyana cavab verib.
    Sonxeber.pro bildirir ki, təcrübəli qrossmeyster bu barədə Feysbuk hesabında paylaşım edib:
    "Levon, mən məhz düzünü yazmaq istəyirəm!
    Yazdığın statusda azərbaycanlı həmkarlarından həqiqəti deməyi istəmisən. Həqiqət isə budur.
    Birincisi, Xankəndiyə gedən yol Azərbaycan tərəfindən heç vaxt blokadaya alınmayıb və əksinə olaraq hazırda Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları parallel istifadə olunur. Azərbaycan Qarabağ bölgəsində yaşayan erməni əhalisini öz əhalisi hesab edir, onların ictimai-siyasi cəhətdən inteqrasiyasına çalışır və buna nail olacaq. Azərbaycan öz vətəndaşlarının aclıq çəkməsinə heç cür səbəb ola bilməz və buna imkan verməz.
    Xankəndiyə humanitar yüklərin aparılmasında problem yoxdur, sadəcə, yüklər yoxlanılır. Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar oradan mütləq çıxmalıdır.
    Levon, bilirsən ki, uzun illər ermənilər Azərbaycanda rahat şəkildə yaşayır, işləyir. 2015-ci ildə Dünya Kuboku zamanı Bakıda olmusan, şəhəri gəzmisən, heç bir problemlə üzləşməmisən. Azərbaycanlıların qonaqpərvərliyini gördün, hətta İçərişəhəri gəzdin, şəkil çəkdirdin. Həmin il Bakıda I Avropa Oyunlarının açılış mərasimində Ermənistan bayrağı və idmançıları təntənəli paraddan keçdi və heç bir hadisə baş vermədi. 2023-cü ildə İrəvanda isə ermənilər "qonaqpərvərliyini" nümayiş etdirdi, canlı efirdə ağır atletika üzrə Avropa çempionatında Azərbaycanın bayrağını yandırmaqla. Bax, bu əsl vəhşilikdir!



    Yəqin dünya şahmat ictimaiyyətinin və bizlərin Ermənistan üçün ən çətin vaxtda Amerikaya qaçdığını unutduğumuzu düşünürsən. Bu addımla "vətən" adlandırdığın ölkəyə əsl münasibətini göstərdin və uzaq Amerikaya getməklə daha firavan həyatı seçdin. Yüz minlərlə azərbaycanlılar o cümlədən mənim valideynlərim isə 30 il öncə doğma Zəngilandan didərgin salındı, yaxın qohumlarımızı itirdik. Sən rahat şəkildə ölkəni dəyişmisən, azərbaycanlılar 30 il öncə dogma yurdlarından qaçqın düşüb.
    Okeanın o tayından reallığın nə yerdə olduğunu görmək mümkün deyil, həqiqəti və yalanı yerində görmək üçün səni Azərbaycana dəvət edirəm. Düşünürəm yenidən çox böyük məmnuniyyətlə səfər edərsən.
    Levon, biz dəfələrlə şahmatda rəqib olmuşuq. Heç vaxt bilmədiyin debütü oynamamısan, tapşırıqla gediş etməmisən. Bu dəfə şahmata və şahmatçıya yaraşmayan "debütü" oynamaq istədin, məncə sifarişli "gediş" etdin".
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1144126.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    10:50
    10:30
    03:30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar