Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Şanxay Dostluq Təşkilatının Nümayəndələri Heydər Əliyev Fonunda - Foto Xəbərlər

0

  • Bakıya səfər edən Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin nümayəndə heyəti Heydər Əliyev Fondunda olub.
    Şanxay Əməkdaşlıq Təşkilatının Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədr müavini xanım Cuy Li qurumlar arasında mövcud əməkdaşlıq və həyata keçirilən layihələrdən danışıb. Görüşdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə Şanxay Əməkdaşlıq Təşkilatı, eləcə də  Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında əlaqələrin iki ölkə arasında münasibətlərin genişlənməsinə töhfə verdiyi bildirilib.
    Xanım Cuy Li gələcəkdə Heydər Əliyev Fondu ilə gənclər, səhiyyə və mədəniyyət sahəsində ardıcıl layihələrin həyata keçirilməsində maraqlı olduqlarını qeyd edib.
    Qonaq Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, eləcə də Heydər Əliyev Mərkəzi ilə tanışlığın onlarda böyük təəssürat yaratdığını bildirib.



    Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Fondun Çin Xalq Respublikası ilə əlaqələrə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatı və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası ilə əməkdaşlığa verdiyi önəmi diqqətə çatdırıb. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin gənclər sahəsində birgə layihələrdə iştirakı, eləcə də Heydər Əliyev Mərkəzində Çin mədəniyyəti və incəsənəti sahəsində sərgilərin təşkilinin mümkünlüyü nəzərdən keçirilib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/world/1144081.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    09:40
    17:30
    17:00
    17:30
    21:30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar