Rusiyanın Kanadadakı səfiri Aleq Stepanov Kanada Xarici İşlər Nazirliyinə çağırılıb.
Sonxeber.pro "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə diplomat özü bildirib.
O, XİN-ə çağırılmasının səbəbini açıqlamayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Moldovadakı səfiri də XİN-ə çağırılıb. Buna səbəb kimi Rusiyanın Qara dənizdəki hərbi gəmilərindən respublika ərazisindən keçməklə üç qanadlı raket atılması göstərilib.
Mənbə: https://news.milli.az/world/1077177.html