Rusiyanın məşhur model və bloqeri Anastasiya Reşetova məktəb illərində sinif yoldaşlarının psixoloji təcavüzünün qurbanı olduğunu bildirib.
Sonxeber.pro olay-a istinadən xəbər verir ki, onun sözlərini "The Voice" sitat gətirib.
"Bulling... Mən uşaqlıqdan bəri bununla mübarizə aparmışam. Məktəbdəki xarici əlamətlər, davranışlar, hətta yaxşı akademik performans zorakılığa səbəb ola bilər",- deyə Anastasiya qeyd edib.
Reşetovanın sözlərinə görə, o, indi də təqiblərlə üzləşir: "Mən hələ də kiber zorakılıqla qarşılaşıram, yalnız geniş miqyasda - hər gün yüzlərlə və minlərlə insandan... Ancaq daha mənə təsir etmir".
Sonxeber.proMənbə: https://news.milli.az/showbiz/1088099.html