Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Qudyalçayda Yeni Körpünün Tikintisinə Başlanır - Foto Xəbərlər

0

  • Xaçmazda Qudyalçay üzərindəki dağılmış körpünün yerində yenisinin inşasına başlanılır.
    Sonxeber.pro xəbər verir ki, yeni körpünün inşası üçün əraziyə ağır texnika və canlı qüvvə cəlb olunub.
    Hazırda köhnə körpünün qalıqlarının ərazidən daşınması işləri aparılır. Paralel olaraq bu gündən yeni körpünün svaylarının vurulmasına başlanılacaq.
    Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, yeni körpü tikilənədək vətəndaşların rahat hərəkətini təmin etmək üçün ərazidə müvəqqəti piyada körpüsü inşa olunur. Həmin piyada keçidi köhnə körpüdən təxminən 50 metr qərb istiqamətdə olacaq.
    "Bu barədə qərar verilib. Əraziyə də baxış keçirmişik. Günün sonuna kimi piyadalar üçün çayın hər iki istiqamətinə keçid təmin olunacaq. Bunun üçün, çayın münasib hissəsində suyun boruların içərisindən axması təmin olunacaq. Həmin boruların üzərindən isə piyadalar üçün müvəqqəti yol salınacaq", - deyə Anar Oruclu bildirib.



    Qudyalçay üzərində yeni avtomobil körpüsünün inşasının 2-3 ay ərzində tamamlanması nəzərdə tutulur.
    Hazırda sakinlər rayonun Qımılqışlaq kəndindən keçən alternativ yoldan istifadə edirlər. Həmin yolda hərəkətlə əlaqədar əlavə təhlükəsizlik tədbirləri görülüb. Alternativ yolun Xaçmaz və Xudat istiqamətdən girişinə məlumatlandırıcı yol nişanları qoyulub.
    Qeyd edək ki, intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qudyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/society/1144026.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib7 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    06:00
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar