Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Qarabağ" 10 milyonluq futbolçunu transfer etdi Xəbərlər

0

  • "Qarabağ"ın heyətinə qatdığı yeni oyunçunun adı bəllidir. Ağdamlılar yayda anlaşa bilmədiyi Adama Diakabinin transferini indi rəsmiləşdirir.
    Sonxeber.pro futbolinfo.az-a istinadən xəbər verir ki, Türkiyədə hazırlıq keçən "Qarabağ"ın düşərgəsində olan futbolçu məşqlərə qatılır. Tezliklə onunla rəsmi müqavilə bağlanacaq. Müqavilənin dəyəri, müddəti və s. detallar hələ dəqiqləşməyib.
    Fransa gənclər millisində 4 oyuna çıxmış solaxaq vinger Seneqal əsillidir. Ayaççoda doğulmuş 26 yaşlı Adama "Qarabağ"a azad agent kimi gəlib.
    "Kan" yetirməsi peşəkar futbola "Renn"də başlayıb. Bu klub 2017-ci ildə onu "Monako"ya 10 milyon avroya satıb. O zaman Diakabiyə PSJ-yə keçən Kilian Mbappenin əvəzedicisi gözüylə baxılırdı. Maraqlıdı ki, bir il sonra "Knyazlıq klubu" da onu 10 milyon avro qarşılığında "Haddersfild"ə buraxmağa razı oldu. İngiltərə klubu 2020-ci ildə onu "Nottingem Forest"ə, iki il sonra "Amyen"ə icarəyə vermişdi.
    2022-ci ilin iyulundan klubsuz olan Adama həmin vaxt "Qarabağ"a gəlməkdən imtina etmişdi. İndi isə fransalının razılığını almaq mümkün olub.



    Bu, "Qarabağ"ın Fransa 2-ci liqasından aldığı ilk oyunçu deyil. Abdullah Zubir də ölkəmizə "Lans"dan gəlmişdi.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1097009.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi8 ay öncə
    İzlənib9 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar