Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Polis Binasında Intihar Edən Keçmiş Polis əməkdaşı Ilə Bağlı Açıqlama Xəbərlər

0

  • "Mingəçevir şəhər prokurorluğunun binasından özünü ataraq intihar edən Turalə Aslanovanın işi ilə bağlı araşdırma davam etdirilir".
    Sonxeber.pro bildirir ki, bunu Baş Prokurorluğun idarə rəisləri canlı yayımda sualları cavablandırarkən Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
    Onun sözlərinə görə, bu işlə bağlı çoxsaylı dindirmə aparılır.
    Qeyd edək ki, iyulun 19-da Mingəçevir şəhər prokurorluğunda bir neçə şəxsin ümumilikdə 413 min manat məbləğində pul vəsaitinin ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (külli miqdarda dələduzluq) istintaq edilən cinayət işi üzrə 1991-ci il təvəllüdlü Turalə Natiq qızı Aslanova müqavilə əsasında xidmət göstərən vəkili Emin Atabəy oğlu Kiçikbəyovun iştirakı ilə dindirilməsi üçün şəhər prokurorluğuna dəvət edilib.



    İstintaq hərəkətinin gedişində Turalə Aslanova şəhər prokurorluğunun inzibati binasının 2-ci mərtəbəsində yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır xəsarət alıb.
    T.Aslanova dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb, lakin ixtisaslaşdırılmış həkimlər tərəfindən göstərilən bütün tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1142150.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi2 həft. öncə
    İzlənib9 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17:00
    10:40
    12:10
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar