Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Pnevmotoraks Xəbərlər

0

  • Pnevmotoraks- döş qəfəsi yarası və ya ağ ciyərlərin bronxlarının zədələnməsi ilə bağlı olan plevral boşluqda havanın olması deməkdir.
    Səbəbləri:
    - Döş qəfəsinin qapalı travması
    - Qabırğa qırıqlarının ağ ciyərləri zədələməsi nəticəsində
    - Döş qəfəsinin açıq travmaları
    -Deşici yaralar
    - Yatrogen zədələnmələr ( müalicə və diaqnostik məqsədlərdən sonra yaranan fəsadlar), körpücükalatı venaya kateter qoyduqda ağ ciyərin zədələnməsi



    - Spontan pnevmotoraks
    - Qeyri-spesifik pnevmotoraks
    - Bullaların partlaması ( ocaqlı bulloz empiyema, abses plevral boşluğa daxil olduqda, qida borusunun spontan deşilməsi)
    Əlamətləri:
    Xəstəlik kəskin başlayır, fiziki gərginklikdən sonra öskürək tutmaları, döş qəfəsində deşici ağrı qeyd olunur. Bu ağrı boyuna, qola, qarnın yuxarı hissəsinə keçir. Xəstə tez-tez və səthi nəfəs alır, güclü təngnəfəslik nəzərə çarpır. Dəri solğun və göyümtül olur. Açıq pnevmotoraksda xəstə zədələnmış nahiyədə uzanır, yarasını tutur, döş qəfəsi assimetrik olur.
    Fəsadları:
    Plevradaxili qanaxmalar, seroz-fibrinoz plevrit, plevranın empiyeması
    Siz nə edə bilərsiniz ?
    Bu xəstəliyə şübhə olduqda təcili yardım çağırmaq və ya həkimə müraciət etmək lazımdır.Əgər açıq pnevmotoraks varsa yaraya hermetik sarğı qoymaq lazımdır.
    Həkim nə edə bilər?
    Həkim döş qəfəsini rentgenoqrafiya edir, növündən asılı olaraq müvafiq müalicə təyin edir.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/interest/1100629.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi7 ay öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17:30
    10:21
    10:00
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar