Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Paytaxt yollarında satılan bu çörəkləri kim alır? - VİDEO Xəbərlər

0

  • Paytaxtın ətraf qəsəbələrində quru çörəklər satılır.
    Heyvanlar üçün yem satılan mağazalarda köhnəlmiş çörəklə dolu kisələrə rast gəlmək mümkündür. Satıcılar deyirlər ki, bu çörəklər zavod və sexlərdə artıq qalan, satılmayan məhsullardır. Çörəklər istehsal müəssisələrində bir gündən artıq qaldıqda məhz bu mağazalar onları dəyərindən aşağı qiymətə alır. Daha sonra isə qəsəbədə fermer fəaliyyəti ilə məşğul olanlara satılır. Satıcıların sözlərinə görə, quru çörək də əvvəlki aylara nisbətən bahadır.
    Satıcılar bildirirlər ki, heyvan yemlərinin qiyməti xeyli artdığı üçün fermerlər quru çörək almağa üstünlük verirlər.
    Sonxeber.pro Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının İdarə Heyətinin sədri Emin Dostiyarinin sözlərinə görə, geosiyasi vəziyyətlə əlaqədar olaraq taxıl məhsullarının idxalı çətinləşib. Bu da fermerləri heyvanlarını quru çörəklə yemləməyə məcbur edir. 
    Emin Dostiyari bildirir ki, heyvanların qida tələbatını uzun müddət sadəcə quru çörəklə təmin etmək arzuolunan deyil. Həm yem, həm də quru çörək balanslı şəkildə, paralel verilməlidir.

    Mənbə: https://news.milli.az/country/1076806.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi7 ay öncə
    İzlənib2 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17:15
    08:20
    16:20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar