Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının aktiv mərhələsi daha 30-45 gün davam edə bilər. Bundan sonra hücum əməliyyatı hava şəraitinə görə çətinləşəcək.
Sonxeber.pro axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli deyib.
Onun sözlərinə görə, payızda ukraynalı hərbçilərin manevrləri daha çətin olacaq, buna görə də hücum hərəkətləri ləngiyə bilər:
"Ağır döyüşlər hələ də davam edir. Ukraynalılar döyüşür və ardıcıl olaraq irəliləyirlər. Döyüş üçün əlverişli hava şəraiti təxminən 30-45 gün qalıb. Döyüşlər hələ bitməyib. Ukrayna Silahlı Qüvvələri planlaşdırdıqları döyüş mərhələsini hələ başa çatdırmayıb. Əvvəldən demişdim ki, bu müharibə uzun, ləng, ağır və böyük itkilərlə davam edəcək".
Sonxeber.proMənbə: https://news.milli.az/world/1142535.html