Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Papanin” və “Kubinka”da narkotikə görə 13 nəfər tutuldu - VİDEO - FOTO Xəbərlər

0

  • "Papanin" və "Kubinka"da narkotik vasitələrin satışı, həmçinin gənclər arasında təbliği ilə məşğul olan daha 13 nəfər saxlanılıb
    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun "Papanin", "Kubinka" kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində növbəti əməliyyatlar keçirilib.
    Tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 13 nəfər saxlanılıb. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək, metamfetamin və satışı qadağan olunan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlar narkotik vasitələri şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib.
    Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/crime/1104705.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCinayət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi7 ay öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    banner

    Kateqoriyalar