Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Oyundan sonra Messi bunları paylaşdı - FOTOlar Xəbərlər

0

  • "Dünya Çempionları! Mən bunu dəfələrlə xəyal etmişdim, o qədər istəyirdim ki, hələ də buna inana bilmirəm..."
    Sonxeber.pro "qafqazinfo"ya istinadən xəbər verir ki, bunu ötən gün dünya çempionu olan Argentina millisinin hücumçusu, kapitan Lionel Messi oyundan sonra etdiyi paylaşımda yazıb. 
    Bütün dünyada oyunu ilə gündəm olan futbolçu onu dəstəkləyənlərə təşəkkür edib: "Ailəmə, məni dəstəkləyən hər kəsə, həmçinin, bizə inanan hər kəsə təşəkkür edirəm. Biz bir daha sübut edirik ki, argentinalılar birlikdə mübarizə apardıqda və birləşdikdə məqsədə çatmağa qadirik".
    O, eyni zamanda bildirib ki, bu hər hansı bir fərdin yox, komandanın nailiyyətidir: "Biz bunu bacardıq!!! Tezliklə Argentinada görüşəcəyik".



    Messinin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən böyük maraqla qarşılanıb. Belə ki, son 7 saat ərzində onun instaqramdakı paylaşımı 35 milyona yaxın bəyənmə, 1 milyondan çox şərh toplayıb. Feysbukdakı postunu isə 6,6 milyon insan bəyənib, 579 min komment gəlib. Messinin bu paylaşımını, həmçinin 724 min insan paylaşıb. 
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1092692.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi9 ay öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11:40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar