Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
NASA Eksperti Meksikada “planetdən Kənar Mumiyaların” Aşkar Edilməsi Ehtimalı Barədə Məlumat Verib Xəbərlər

0

  • NASA-nın naməlum anomal hadisələrlə bağlı hesabatının işlənməsində iştirak edən astrofizik David Spurgel Meksika parlamentində nümayiş etdirilən "yadplanetli mumiyaları"ndan danışıb.
    Sonxeber.pro APA-ya istinadən bildirir ki, NASA-nın mətbuat konfransı zamanı jurnalistlərdən biri astrofizikdən Peruda tapıldığı iddia edilən "canlı"larla bağlı Meksika səlahiyyətliləri ilə əlaqə saxlayıb-saxlamadığı və onun bu tapıntılara əhəmiyyət verib-vermədiyi barədə soruşub. Spurgel cavab verib ki, o, Meksikada nümayiş olunan "yadplanetlilər" haqqında ancaq internetdən məlumatlıdır. Astrofizik deyib ki, onların həqiqiliyini yalnız mütəxəssislər qiymətləndirə bilər. Onun sözlərinə görə, 50 il əvvəl Aydakı torpaq nümunələri Yer üzünə gətirilərkən, dünya alimləri tərəfindən onun tədqiqatı təmin edilib. Bu vəziyyətdə də eyni edilməlidir. "Əgər qəribə bir şeyiniz varsa, dünya elmi ictimaiyyətinə nümunələr təqdim edin və bunun nə olduğunu görək", - deyə o əlavə edib.
    Qeyd edək ki, sentyabrın 12-də ufoloq Xayme Maussan Meksika parlamentində üçbarmaqlı əlləri və ayaqları olan mumiyalanmış "yadplanetlilər" adlandırdığı skletlər nümayiş etdirib. O, onların Perudakı Naska yaylasında aşkar edildiyini bildirib. Onun sözlərinə görə, bu canlıların DNT-si insan DNT-sindən üçdəbir qədər fərqlənir ki, bu da onların Yerdən kənar mənşəyini sübut edir. O, həmçinin qeyd edib ki, onların min ildən çox yaşı var.
    Maussan ilk dəfə deyil ki, Naska yaylasından mumiyalanmış üçbarmaqlı yadplanetlilər haqqında danışır. 2015-ci və 2017-ci illərdə də onun tapıntıları olub. Ekspertlərin fikrincə, onlar qədim dini ayinlər zamanı kəllə sümükləri deformasiyaya uğramış uşaqların qalıqlarıdır. Lakin bəziləri də həmin sümüklərin yadplanetlilərə aid olduğunu bildirirlər.



    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/interest/1143643.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib7 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13:00
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar