Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Münaqişədə Sülhün əldə Olunması üçün Hər Iki Tərəfə - Hikmət Hacıyevə Diqqət Yetirilməlidir Xəbərlər

0

  • Qafqazda sülhün bərqərar olması üçün hər iki tərəfə diqqət yetirilməlidir.
    Sonxeber.pro Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" ("Twitter") platformasında paylaşımında qeyd edib.
    "Azərbaycanın bu bölgəsi - Qarabağ 30 il ərzində qonşu Ermənistan tərəfindən işğal olunub. 1990-cı illərin əvvəllərində 1 milyona yaxın azərbaycanlının öz torpaqlarında etnik təmizləməyə məruz qaldığı amansız müharibədən sonra işğalçı Ermənistan silahlı qüvvələri bu ərazinin minlərlə kvadrat metrini minalayıb. Orada, Azərbaycanda qalan etnik ermənilərin icması Ermənistanla vahid quru yolu - Laçın yolu ilə əlaqə saxlayırdı.
    Qanunsuzluğun və minaların bu boz zonası üç il əvvələ qədər, Azərbaycan 44 günlük münaqişədə Qarabağ ərazisinin böyük hissəsini azad edənə qədər mövcud idi" - Hacıyev vurğulayıb.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1143235.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi2 həft. öncə
    İzlənib9 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13:50
    03:30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar