Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Müharibə Olacaq Və Azərbaycan Qarabağa Tam Nəzarət Edəcək” Xəbərlər

0

  • "Əslində Ermənistan lideri Nikol Paşinyan Rusiyanın iddia etdiyi fövqəldövlət rolunu layiqincə yerinə yetirmədiyini söylədi".
    Sonxeber.pro konkret.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə ukraynalı bloger, siyasi şərhçi və jurnalist Denis Kazanski çıxış edib.
    O, öz Youtube kanalında Ermənistan lideri Nikol Paşinyanın Rusiyadan uzaqlaşması ilə bağlı bəyanatlarını şərh edib və regiondakı vəziyyəti təhlil edib.
    "Hamı düşünürdü ki, Rusiya güclü ordusu olan dövlətdir. Lakin Rusiya Ukraynada özünü biabır edəndən sonra onun zəifliyi hamıya bəlli oldu. Hamı Rusiyanın heç bir şey olmadığını və hesaba alına bilməyəcəyini anladı. Hətta Paşinyan da, Rusiyanın müttəfiqi olaraq açıq deyir ki, Moskvaya ümid yoxdur, çünki o, zəifdir və heç nə edə bilmir. Ümumiyyətlə, Ermənistan Rusiyaya arxalanaraq böyük səhvə yol verdi", - ekspert qeyd edib.
    Kazanski bildirib ki, bütün bunlar ermənilərlə azərbaycanlılar arasında növbəti gərginlik fonunda baş verir.
    "Çox güman ki, növbəti müharibə olacaq, nəticədə Azərbaycan Qarabağa nəzarəti tam ələ keçirəcək. Amma Rusiya müdaxilə etməyəcək, Rusiya müttəfiqi Ermənistanın tərəfində hərəkət edə bilməyəcək, çünki Rusiya artıq müttəfiqini təslim edib", - deyə Kazanski fikrini yekunlaşdırıb.

    Sonxeber.pro 

    Mənbə: https://news.milli.az/politics/1142601.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi2 həft. öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    19:30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar