Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Manaf: “Dostluq etmək hər kişinin başı üçün deyil” - VİDEO Xəbərlər

0

  • "Əsl dost dosta görə özünü güllənin altına atır. Əslində dostlarımdan incimişdim. Sonra düzgün mövqedə olmadığımı anladım. Niyə? Çünki həmin şəxsin dostluğu bura qədər imiş. Ondan inciməyə dəyməz".
    Sonxeber.pro bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "İndi başla" verilişində deyib.
    Dostluqda "ağzı yanan" sənətçi bu mövzuda bədbəxt olduğunu dilə gətirib.
    "Hamını özüm kimi görmək istəyirəm. Bu da mümkün bir şey deyil. Özüm kimi heç doğma qardaşlarım belə deyil. Mənim kimi heç doğmalarım ola bilməz. Var əsl dost, dostluğu bacaran. Var yoldaşlıq edən. O da deyir ki, nəyimə lazımdır öldü və ya tutuldu getdi... Amma elə deyil.
    Əslində dostluğa görə çox bədbəxt adamam. Çünki dostluğa çox inanıram. İnandığıma görə də, dostluğu başqa cür edirəm. Dostla bağlı tutduğum mövqe də əslində düz deyil. Başıma xoşagəlməz iş gəlmişdi.



    Nə var idi orada? Gözlədiklərim o deyil idi. Allah eləməsin məni tutsalar, nə arxamca gələn olar, nə də ki evə gedən. Boş-boş şeylərdir. Dostluq ağır mövzudur. Dostluq hər kişinin başı üçün deyil", - deyə Manaf qeyd edib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/showbiz/1098813.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi8 ay öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    05:20
    11:10
    20:30
    03:10
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar