Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Mahaçqaladakı partlayışla bağlı cinayət işi başlanılıb, ölənlərin sayı 25 nəfərə çatıb - YENİLƏNDİ Xəbərlər

0

  • Rusiya İstintaq Komitəsinin Dağıstan üzrə İstintaq İdarəsi Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı cinayət işi başlandığını açıqlayıb.
    Sonxeber.pro report-a istinadən xəbər verir ki, bu barədə idarənin saytında məlumat yayılıb.
    İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsinin 3-cü hissəsi (İstehlakçıların həyat və ya sağlamlığının təhlükəsizliyi tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi, iki nəfər və ya daha çox şəxsin ehtiyatsızlıqdan ölümünə səbəb olduqda) ilə başlanılıb.
    Partlayış nəticəsində ölənlərin sayı üçü uşaq olmaqla 25 nəfərə çatıb, hazırda Mahaçqalanın tibb müəssisələrində 66 zərərçəkən var, onlardan 10-nun vəziyyəti ağırdır.
    --------
    01:25
    Partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb.
    Bu barədə Rusiyanın "Baza" Teleqram kanalı məlumat yayıb.
    Hadisə nəticəsində 50-dən çox insan yaralanıb, ölənlər arasında uşaqlar da var.
    Yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış təhlükəsi var.
    -------
    01:11
    Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində "Qlobus" ticarət mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib, azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
    Milli.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Teleqram kanallarında məlumat yayılıb.
    Xilasetmə xidmətləri hadisə yerindədir.
    Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım xidmətləri göndərilib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/world/1137920.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 ay öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17:50
    08:10
    17:00
    18:50
    09:20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar