"NASA" astronavtı Frank Rubio kosmosda ən uzun müddət qalan astronavt olub.
Sonxeber.pro qafqazinfo-ya istinadən xəbər verir ki, F.Rubio "NASA" astronavtı Mark Vande Heinin 355 gün 3 saat 45 dəqiqəlik kosmosda qalma müddətini keçib və beləliklə, yeni rekord qırıb.
Kosmosa səfər edən F.Rubio bir neçə həftədən sonra Yerə qayıdacaq və kosmosda qalma müddətini 371 günə çatdıracaq.
Sonxeber.proMənbə: https://news.milli.az/interest/1143204.html