Bölmə Xəbər Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Kəkələmənin səbəbləri – Genetik ola bilər Xəbərlər

0

  • Psixiatr, psixoterapevt GBUZ "DZM nitq patologiyası və neyroreabilitasiya mərkəzi"nin həkimi İvan Orlov kəkələməyə cavabdehliyin beyinin daşıdığını bildirib.
    Sonxeber.pro "Medicina"ya istinadən xəbər verir ki, ləkələmə mexanizmlərinin inkişafına səbəb olan fizioloji proses əsasən sirr olaraq qalır. Lakin elm adamları belə bir fərziyyə irəli sürdülər ki, bu nitq qüsuru beynin əzələ tonusunu tənzimləyən subkortikal strukturlarındakı pozğunluqların nəticəsidir.
    Bu cür pozğunluqların səbəblərindən biri genetik ola bilər. Çox vaxt kəkələmə genetik meyilliyə bağlıdır. Bir insanın ailəsində kimsə kəkələyirsə, nəslinə də keçə bilər.
    Bundan əlavə, dölün inkişafı zamanı baş verən nevroloji dəyişikliklər, zədələnmələr kəkələməyə səbəb ola bilər.
    Xüsusilə, Orlov bildirib ki, uşaqda kəkələmə anasının hamiləlik dövründə ağır stress keçirməsi, zəhərli maddələrə məruz qalması və ya xəstəlikləri ilə bağlı ola bilər. Psixoterapevt əlavə edib ki, bu zaman uşaqda təkcə kəkələmə deyil, digər nitq qüsurları da ola bilər.



    Kəkələmə, bir qayda olaraq, uşaqlıqda yaranan pozuntudur. Adətən iki-beş yaşda özünü göstərir. Ancaq nadir hallarda insan yetkinlik dövründə kəkələməyə başlayır. Mütəxəssis bunun mümkün səbəbləri arasında zədələr, yoluxucu, iltihabi xəstəliklər nəticəsində baş beyin zədələnməsini qeyd edib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/health/1111726.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi4 gün öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    27
    23
    18
    22
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar