Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İtaliyalı Senator “prezident Seçkilərini” Pisləyib Xəbərlər

0

  • İtaliya Respublikası Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Marko Skurria Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimliyə məktub ünvanlayıb.
    Bu barədə Sonxeber.pro-a Milli Məclisdən məlumat verilib.
    İtaliyalı Senator Cənubi Qafqazda cərəyan edən prosesləri yaxından izlədiklərini bildirib, regionda Azərbaycan və Ermənistan xalqlarının faydalanacağı ədalətli və dayanıqlı sülhə nail olunmasına dair diləklərini çatdırıb, İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini, ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsində həmişə aydın, ardıcıl və beynəlxalq hüquqa əsaslanan mövqe sərgilədiyini qeyd edib. Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma "prezident seçkiləri"ni tanımadıqlarını bəyan edən Marko Skurria, belə qanunsuz hərəkətlərin beynəlxalq hüququn norma və prinsiplərini ciddi şəkildə pozduğunu və beynəlxalq ictimaiyyət tərəfindən pislənməli olduğunu vurğulayıb.
    Məktubun sonunda, regionda sülh gündəminə və normallaşma prosesində göstərilən səylərə, habelə etnik erməni sakinlərinin Azərbaycan Respublikasının konstitusiyası çərçivəsində reinteqrasiyasına qəti dəstək ifadə edilib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1144264.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    07:20
    17:40
    13:10
    03:10
    09:50
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar