Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İsrail İrana ağır zərbə endirəcəkmi? - Ərdəbilli Xəbərlər

0

  • 20 ildir bu söhbətlər danışılır, hər dəfə motivasiyası və narahatlıq doğuran məqamları artır. Lakin bunun Tehran hökumətinə qarşı ciddi və böyük miqyasda əməliyyata nə zaman çevriləcəyini demək çətindir.
    Sonxeber.pro xəbər verir ki, bu sözləri Axar.az-a tanınmış güneyli jurnalist və siyasi ekspert Əlirza Ərdəbilli İsrailin İranla bağlı bütün variantların nəzərdən keçirildiyi barədə açıqlamasına münasibət bildirərkən deyib.
    O bildirib ki, İsrail və ABŞ rəsmilərinin səsləndirdiyi fikirlər İrana qarşı atılacaq konkret addımlardan daha çox, mesaj xarakterlidir:
    "Neçə illərdir söz-söhbət gəzir ki, Amerika İrana hücum edəcək. Amerikalı jurnalist Seymur Herşin bununla bağlı hələ illər əvvəl ifşaeidci məqaləsi vardı. Amerikanın, İsrailin tezliklə İrana hücum edəcəklərini digər jurnalistlər də yazırdılar. Belə söz-söhbət çoxdur. Demək olmaz ki, heç nə irəli getmir. Lakin bəlli nöqtəyə yetişəcək səviyyədə deyil".
    O, İsrailin İran ərazisində hər hansı əməliyyat həyata keçirməsinin gözlənilmədiyini bildirsə də, Suriyadakı hücumlara diqqət çəkib:



    "İsrail Suriyada İranın mövqelərini təzəlikcə vurdu. Dəhşətli hücum oldu, inanılmaz zərbələr endirildi. Gözlədiyimiz pik nöqtə ilə bağlı isə irəliləyişlər yoxdur. Məsələn, F-16-larla, dronlarla İsrail İranın nüvə obyektlərinə, sənayesinə zərbə endirəcək, ya yox, bununla bağlı heç kim heç nə deyə bilməz. Məlumatlar da qəsdən sızdırılır. Məqsəd isə həqiqətən zərbələr endirmək deyil, İran rejiminə mesajdır ki, əl-ayağını yığışdırsın. Təzyiq altında saxlamaq istəyirlər".
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/iran/1111127.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi6 ay öncə
    İzlənib4 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18:50
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar