İranın Azərbaycanla sərhədə qoşun toplaması barədə məlumat tamamilə əsassızdır.
Sonxeber.pro Xəzər TV-yə istinadən bildirir ki, bunu açıqlamasında İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əlaqələr və Müdafiə Diplomatiyası İdarəsinin rəisi general-mayor Məhəmməd Əhədi bildirib.
Məhəmməd Əhədi deyib ki, hazırda İran hərbi nümayəndə heyəti birgə Komissiyanın iclasında iştirak etmək üçün Bakıda səfərdədir: Nümayəndə heyətinin iclasdan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşdə keçirib və görüşdə hərbi sahədə əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəlinib".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Sonxeber.pro
Mənbə: https://news.milli.az/country/1142655.html