Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İran vətəndaşlarının Azərbaycandakı NARKOTİK biznesinə qarşı mübarizə davam edir... - VİDEO Xəbərlər

0

  • İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin ölkəmizdəki üzvlərinə qarşı əməliyyat keçirilib.
    Sonxeber.pro Xəzər TV-yə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi tədbirlər nəticəsində Vaqif Novruzov və İsmayıl Piriyev, habelə Şirvan şəhər sakini Ülvi İbrahimov saxlanılıblar.
    Onlardan 17 kiloqram marixuana və 16 kiloqram heroin aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.
    Baş İdarə əməkdaşları tərəfindən həmçinin Sumqayıt şəhəri, Balakən, Qusar, Sabirabad və Xaçmaz rayonlarında əməliyyatlar həyata keçirilib. Nəticədə qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslər - Teymur Nərimanov, Samir Şəkiliyev, Emin Bağıyev, Bəyanət Əsgərov və Eldəniz Fərzəliyev yaxalanıblar. Teymur Nərimanovdan 1 ədəd "Minta-37" markalı tapança, 1 ədəd patron, 1 ədəd patron darağı, Samir Şəkiliyevdən 1 ədəd "Naqan" markalı tapança, Emin Bağıyevdən "AKS-74" markalı avtomat , 1 ədəd patron darağı, 27 ədəd patron, Bəyanət Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ" markalı ov tüfəngi, Eldəniz Fərzəliyevdən isə " Kalaşnikov" markalı avtomat, 19 ədəd patron və 1 sandıqça aşkar olunaraq götürülüb.
    Qeyd olunan faktlarla əlaqədar cinayət işləri başlanıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.



    Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/society/1130995.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi2 ay öncə
    İzlənib5 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    04:00
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar