Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İnsanlar kədərlənəndə nə baş verir? - Şok tədqiqat Xəbərlər

0

  • Arizona Universitetinin alimləri müəyyən ediblər ki, əhvalı pis olan insanlar hekayələri dinləyərkən səhvləri daha tez fərq edə bilirlər.
    Sonxeber.pro Teleqraf.com-a istinadən xəbər verir ki, tədqiqata cəlb olunanların hamısı qadınlar olub.
    Alimlər tədqiqat iştirakçılarına "Sofinin seçimi" adlı filmindən kədərli səhnələr və "Dostlar" komediyasından bir hissə göstərməklə onların əhval-ruhiyyəsini manipulyasiya ediblər. Komediya janrında çəkilən film iştirakçıların əhval-ruhiyyəsinə təsir göstərməsə də, digər filmin səhnələri iştirakçılarda daha mənfi əhval-ruhiyyə yarada bilib.
    İştirakçılar daha sonra bir sıra emosional neytral səs yazılarını dinləyiblər. Hər biri dörd cümlədən ibarət idi mənlərin yalnız birində xəta olub. Məsələn, gecə maşın sürmək haqqında hekayədə və ya ulduzlara baxmaqla bağlı mətndə "İşıqlar yandıqda, daha az görəcəksən" cümləsi yer alıb. Birinci halda bu ifadə səhv, ikincidə - düzgündür.



    Alimlər müəyyən ediblər ki, iştirakçılar pis əhval-ruhiyyədə olanda səhvləri aşkar etməkdə daha effektiv olurlar. Beyin dalğalarının fəaliyyətinin təhlili insanların bu zaman daha diqqətli olduğunu təsdiqləyib.
    Sonxeber.pro 

    Mənbə: https://news.milli.az/country/1098958.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi8 ay öncə
    İzlənib2 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    22:10
    03:10
    07:10
    10:30
    08:50
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar