Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
İmtahanda ən Yüksək Bal Toplayan Müəllim Işsiz Qalıb Xəbərlər

0

  • Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayan və vakansiya seçimi edən Goranboy sakini hələ də tam işlə təmin olunmayıb.
    Sonxeber.pro Xezerxeber.az-a istinadən xəbər verir ki, Gülay Əliyeva müəllimlərin işə qəbulu üzrə imtahanda 81 bal toplayıb.
    O, Naftalan şəhərində 2 nömrəli tam orta məktəbdə elan olunan vakansiya üzrə müraciət edib, amma məktəbə gedəndə fərqli mənzərə ilə qarşılaşıb.
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Gülay Əliyevanı Dəliməmmədli şəhərində yerləşən orta məktəbə müddətli işə təyin edib. Gənc mütəxəssis bu təyinatın ədalətli olmadığını bildirib.
    Baş verən halla bağlı vətəndaş dəfələrlə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə müraciət etsə də, problemi həll olunmayıb. Hətta dəfələrlə idarəyə gedən müəlliməyə hadisə ilə bağlı Bakıya müraciət edildiyi və bununla bağlı yekun nəticənin olmadığı bildirilib.



    Mövzu ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılır.
    Qeyd edək ki, Gülay Əliyeva iki uşaq anasıdır, həyat yoldaşı isə Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı Kontingentinin tərkibində İraqda xidmət edib. Aprel döyüşlərinin iştirakçısı olub.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/society/1144134.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib9 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18:30
    19:30
    18:50
    04:50
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar