Moldova iki ildən sonra enerji sektorunda Rusiyanın asılılığından tam azad ola bilər.
Sonxeber.pro Axar.az-a istinadən xəbər verir ki, bunu Moldova Prezidenti Maya Sandu deyib.
"Enerji baxımından müstəqilliyimizi artırmağımız və Rusiyadan asılılığımızı dayandırmağımız Dnestryanı münaqişəsinin nizamlanması prosesində təsir rıçaqlarımızı gücləndirir. İki ildən sonra Kişinyov-Vulkanesti layihəsini başa çatdıranda Rusiyadan tam enerji müstəqilliyi əldə edəcəyik", - Sandu bildirib.
Mənbə: https://news.milli.az/world/1114871.html