Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Heydər Əliyevin Azərbaycanı regionda güclü ölkəyə çevirmək naminə göstərdiyi böyük xeyirxah səylərini təqdirlə anırıq" Xəbərlər

0

  • Qətər Dövlətindəki Beynəlxalq Müsəlman Alimləri Birliyinin Baş katibi, professor Əli Muhyiddin Əl Qaradağı Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub ünvanlayıb.
    Sonxeber.pro AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
    "Beynəlxalq Müsəlman Alimləri Birliyi Sizə ən yüksək təqdir və ehtiramını ifadə edir və ümidvar olduğunu bildirir ki, Siz dini və dünyəvi işlərinizdə xeyir və səadət içində daha çox müvəffəqiyyət və mükafata qovuşacaqsınız.
    Cənab Prezident, 2023-cü il 10 may tarixinin yaratdığı fürsətdən istifadə edərək, qardaş Azərbaycan dövlətinin qurucu Prezidenti, Allahın izni ilə mərhum Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, birliyi, tərəqqisi və rifahı, onu regionda qabaqcıl, güclü və çiçəklənən ölkəyə çevirmək naminə göstərdiyi böyük xeyirxah səylərini təqdirlə anırıq.
    Möhtərəm Prezident, bu gün biz görürük ki, Zati-alinizin böyük səyləri demokratik islahatlar, dini və iqtisadi azadlıqlar, tolerantlıq dəyərlərinin möhkəmlənməsi, İslam ümmətində qardaşlıq əlaqələrinin dərinləşməsi, eləcə də İslam əməkdaşlığına dəstək baxımından ulu atanızın siyasətinin davamı və inkişafıdır. Biz görürük ki, Uca Tanrının məsləhəti, Sizin mükəmməl rəhbərliyiniz sayəsində Azərbaycan cəmi 44 gün ərzində əldə etdiyi Zəfərlə otuz ildən artıq işğalda qalan torpaqlarını azad edib öz suverenliyini, ərazi bütövlüyünü bərpa edə bildi. Beləliklə, Sizin rəhbərliyinizlə Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu ölkəyə çevrilərək, dünyanın diqqətini Qafqaz regionunda, Xəzər dənizi hövzəsində yerləşən, intibah yaşayan bu ölkəyə yönəltməklə, özünün müasir tarixində yeni mərhələyə qədəm qoydu.
    Cənab Prezident, diqqətinizə çatdırmaq istəyirəm ki, on minlərlə alimi, onlarla üləma cəmiyyətlərini birləşdirən, bütün gücü ilə Azərbaycan xalqı, hökuməti və Prezidenti ilə yan-yana dayanan Beynəlxalq Müsəlman Alimləri Birliyi ölkə və xalq üçün faydalı olan, islami maliyyə institutlarının nizamlanmasına, iqtisadiyyatın möhkəmlənməsinə töhfə verə biləcəyimiz hər işdə Zati-alinizlə və əziz ölkənizdə dini işlərdən məsul qurumlarla əməkdaşlıq etməyə hazırdır.
    Zati-alinizin şəxsiyyətinə bir daha minnətdarlığımızı bildirir, böyük xalqınıza xidmətinizdə Sizə bundan sonra da uğurlar arzulayır, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq, rifah, tərəqqi və firavanlıq diləyirik".
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1122275.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi4 ay öncə
    İzlənib3 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    04:00
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar