Hərbi qulluqçumuz odlu silahdan açılmış atəş nəticəsində ölüb - FOTO/VİDEO Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məmmədov Elnur Ağazadə oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.
Prokurorluqdan Oxu.Az-a verilən xəbərə görə, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Mənbə: https://big.az/488793-herbi-qulluqcumuz-odlu-silahdan-acilmis-ates-neticesinde-olub-foto-video.html