Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Həkimin səhv diaqnozu xəstəni komaya salıb - iddia və cavab - VİDEO Xəbərlər

0

  • Sumqayıt şəhərində həkimin səhv diaqnozu xəstəni komaya salıb.
    Sonxeber.pro Xəzər TV-yə istinadən bildirir ki, xəstənin qardaşı belə iddia edir.
    Şəhər sakini Fuad Cavadov 1 saylı Şəhər Xəstəxanasında  qoyulan səhv diqnozdan şikayətçidir.
    Onun sözlərinə görə, bacısı Xəyalə Bəylərova ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəni dərhal müayinə edən həkimlər -  Nurlan Hüseynov və Museyb Şərifzadə Xəyalə Cavadovaya beyin - qan sızması diaqnozu qoyublar və dərhal 2 saylı Şəhər Xəstəxanasına aparılmasını tələb ediblər.
    Həkimlərin yazdığı müalicədən sonra bacısının vəziyyətinin pisləşdiyini görən Fuad Cavadov xəstəni başqa tibb ocağına  apararaq təkrar müayinə etdirib. Aldıqları cavab isə onları sözün əsl mənasında şoka salıb. Sən demə, 40 yaşlı Xəyalə Cavadovaya Sumqayıtda qoyulan diaqnoz səhv imiş.
    Məsələdə adı çəkilən həkim isə  "Xəzər Xəbər"in suallarını cavablandırmaqdan yayınıb.



    Sumqayıt Tibb Mərkəzindən isə "Xəzər Xəbər"ə bildirilib ki, 40 yaşlı Bəylərova Xəyalə Şakir qızının yaxınlarının iddiaları tamamilə əsassızdır. Deyilib ki, həmin şəxs yuxarı beyindaxili təzyiqlə təcili yardım avtomobili  ilə TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin 1 nömrəli Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə qəbul olunub və maqnit rezonans tomoqrafiya müayinəsindən keçirilib. Nəticə olaraq xəstədə sol beyin yarımkürəsində siqnal dəyişikliyi qeydə alınıb. Bu isə subaraxnoidal qansızma əlamətlərinə xarakterikdir. O, Neyrocərrahiyə şöbəsinə yerləşdirilib. Bütün lazımi tədbirlər həyata keçirilib. Ardınca Mərkəzi Gömrük Hospitalına beynin müayinəsinə göndərilib. Bundan sonra şübhə aradan qaldırılıb.
    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/society/1134875.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi2 ay öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    21:30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar