Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Hamilə qadınla bağlı təcili yardıma 45 dəfə zəng edilib? - Rəsmi - FOTO Xəbərlər

0

  • Xəbər verdiyimiz kimi, noyabrın 30-da Binəqədi rayonu, II Mədən massivində 5 aylıq hamilə, 2002-ci il təvəllüdlü Nəzrin Nəsir qızı Həsənova yaşadığı fərdi evdə qanaxma səbəbindən vəfat edib.
    Sonxeber.pro xəbər verir ki, ailəsi mətbuata açıqlamada təcili yardımı gec gəlməkdə ittiham edir. Yaxınları iddia edirlər ki, təcili yardıma 45 dəfə zəng edilsə də, 2 saatdan sonra çatıb. 
    "Qafqazinfo" təcili yardımın niyə gecikməsi ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan müraciətə cavab olaraq bildirildi ki, briqada çağırışdan 16 dəqiqə sonra hadisə yerində olub: "Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub. Briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib".



    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/society/1089096.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi9 ay öncə
    İzlənib6 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    banner

    Kateqoriyalar