20 mart tarixində keçirilən "Səs Azərbaycan: Doğma nəğmələr" yarışmasının final mərhələsində qonaq qismində çıxış edən "Dərviş" band qrupunun ifası sosial şəbəkələrdə maraqla qarşılanıb.
Qrup, sözləri Məmməd Araza, musiqi isə Niyaməddin Musayevə məxsus olan məşhur "Dünya sənin, dünya mənim" mahnısını rok stilində ifa edib.
Sonxeber.pro metbuat.az-a istinadən xəbər verir ki, bu dəfə isə Niyaməddin Musayev "Dərviş" bandla birgə duet oxuyub.
Sonxeber.pro
Mənbə: https://news.milli.az/showbiz/1114260.html