Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Gəncədə olan bu məktəb sanki "müharibə"dən qalıb - VİDEO Xəbərlər

0

  • Son dövrlərdə əsaslı təmir edilən və yenidən inşa olunan məktəblərin sayı günü-gündən artır.
    Sonxeber.pro Xəzər Xəbər-ə istinadən xəbər verir ki, buna baxmayaraq hələ də baxımsızlıqdan əziyyət çəkən təhsil ocaqları qalmaqdadır. Belə müəssisələrdən biri də Gəncədəki 24 nömrəli tam orta məktəbdir.
    Məktəbin vəziyyətindən şikayət edən valideynlər deyir ki, içəridə vəziyyət çöldəkindən də betərdir. Yəqin, elə buna görə də məktəb rəhbərliyi bu vəziyyəti kameralardan gizlətmək yolunu seçib.
    Əksər valideynlər məktəbdə tədrisin keyfiyyətindən razılıq etsələr də təmirsizlik və şəraitsizliklə bağlı gileylidirlər.
    Hətta özləri də bu məktəbdən məzun olan bəzi valideynlər deyir ki, vəziyyət elə o zamandan bu cürdür.
    Məktəbin ətraf yolları, həyətyanı sahəsi, idman meydançasının vəziyyəti ilə bağlı isə heç danışmağa dəyməz.
    Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, əsaslı və cari təmirə, eyni zamanda yenidən tikilməsinə ehytiyacı olan məktəblərin siyahısı tərtib olunub, bununla bağlı müvafiq işlər həyata keçirilib.

    Mənbə: https://news.milli.az/society/1121211.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi3 həft. öncə
    İzlənib3 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    17:00
    11:20
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar