Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Gələn ilin birinci rübündə təqdimat keçirəcəyik" Xəbərlər

0

  • Biznesin İnkişafı Fondu 2023-cü ildə yeni alətlərin ərsəyə gətirilməsini qarşısına məqsəd qoyur.
    Sonxeber.pro Trend-ə istinadən xəbər verir ki, bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayaq" mükafatının təqdimat mərasimində deyib.
    Nazirin sözlərinə görə, fond vasitəsilə həm dəstək tədbirlərinin, həm də qrant alətlərinin həyata keçirilməsi nəzərdə tutulur.
    "İndiyədək əsas alətimiz Sahibkarlığın İnkişafı Fondunun xətti ilə güzəştli kreditlərin verilməsi olub. Fond minlərlə layihəni əhatə edir, lakin onun bir alətlə işləməsi bu günün tələbini ödəmir. Bu baxımdan biz Azərbaycan iqtisadiyyatının tələblərinə uyğun olaraq bir sıra maliyyə aləti ərsəyə gətirəcəyik. Bununla bağlı, gələn ilin birinci rübündə təqdimat keçirəcəyik", - deyə o bildirib.
    M.Cabbarov əlavə edib ki, bu il Azərbaycanın qeyri-neft ixracının illik dəyəri ilk dəfə olaraq 3 milyard dolları ötəcək.



    "Qeyd etmək lazımdır ki, pandemiyadan sonra biz müsbət dinamikaya nail olmuşuq və ölkə iqtisadiyyatı ötən il 5,8 faiz, bu ilin yanvar-noyabr aylarında isə 4,8 faiz artıb. Bundan əlavə, bu il dekabrın 15-nə olan göstəricilərə əsasən, 15 milyard manatdan çox vergi daxilolmalarını təmin etmişik", - deyə nazir qeyd edib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/economy/1094918.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi9 ay öncə
    İzlənib10 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    01:30
    14:40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar