Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Fransada polislərlə etirazçılar arasında toqquşma - FOTO Xəbərlər

0

  • Fransada pensiya islahatına qarşı keçirilən nümayişlərdə polislə etirazçılar arasında toqquşma baş verib.
    Sonxeber.pro oxu.az-a istinadən xəbər verir ki, hökumətin parlamentdə səs vermədən birbaşa qəbul etdiyi mübahisəli pensiya islahatına qarşı ölkədə 200 ünvanda nümayişlər keçirilib.
    Ölkə daxilində enerji, nəqliyyat və təhsil kimi müxtəlif sektorların işçiləri həmkarlar ittifaqlarının çağırışı ilə kütləvi tətilə çıxıblar.
    Paris, Renn və Tuluza şəhərlərində polislə nümayişçilər arasında qarşıdurma baş verib.
    Paytaxt Parisdə Respublika meydanından Millət meydanına gedən nümayişçilər velosipedləri, skuterləri və zibil qutularını yandırıblar. Polis nümayişçilərə gözyaşardıcı qaz və dəyənəklərlə müdaxilə edib.



    Nümayişlərdə 201 nəfər saxlanılıb.
    Fransanın daxili işlər naziri Gerald Darmanin ölkə daxilində pensiya islahatına qarşı keçirilən 10-cu kütləvi nümayişlə bağlı açıqlama verib, etirazlarda yaralanan 175 təhlükəsizlik qüvvələri ilə həmrəy olduğunu bildirib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/world/1114129.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi5 ay öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    04:00
    14:40
    20:00
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar