Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Fransa Senatı pensiya islahatını təsdiqləyib Xəbərlər

0

  • Fransa Senatı şənbə günü hökumətin təklif etdiyi pensiya islahatını təsdiqləyib.
    Sonxeber.pro Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Elizabet Born özünün "Twitter" səhifəsində yazıb.
    "Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatının mətnini qəbul etdi. Pensiyalarımızın gələcəyini təmin edəcək islahatlar üçün həlledici mərhələ. Biz yaxın günlərdə veriləcək yekun qərara tam hazırıq", - deyə baş nazir bildirib.
    Məlumata əsasən, sənədin lehinə 195 senator, əleyhinə isə 112 senator səsverib.
    Mətn Senatda təsdiqləndikdən sonra Milli Assambleyanın (aşağı palata) yeddi deputatından və yeddi senatordan ibarət birgə komissiyası islahat layihəsinin yekun variantını razılaşdırmalıdır.



    Komissiyanın iclası martın 15-də baş tutacaq. Bundan sonra parlamentarilər yekun mətnlə bağlı razılığa gəlsələr, o, martın 16-da əvvəlcə Senatda, sonra isə Milli Assambleyada səsverməyə çıxarılacaq. Hər iki palata sənədə səs verərsə, nəhayət, təsdiqlənəcək.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/world/1111266.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi6 ay öncə
    İzlənib7 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13:30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar