Bölmə Xəbər Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əsrin imamı Mehdi nə zaman zühur edəcək? Xəbərlər

0

  • Zülmün dünyanı son dərəcə əhatə etməsindən sonra xilaskarın zühur edərək dünyanı ədalətlə dolduracağı barədə inanc əksər təkallahlı dinlərin inancı hesab edilir. İslam dininin inancına görə bu xilaskar Həzrət İmam Mehdidir (ə.f): "O, bir kəsdir ki, öz rəsulunu hidayət və doğru dinlə göndərdi. Müşriklərin xoşuna gəlməsə də, onu bütün dinlərə qalib edər." ("Tövbə", 33).
    Ayəni təfsir edən müfəssirlər, sonda İslam dininin digər dinlər üzərində qalibiyyəti və adıçəkilən dinin yer üzərinə yayılıb hakim kəsiləcəyini qeyd ediblər. Avropa, Amerika, Afrika və dünyanın digər nöqtələrində insanlarınn sürətlə İslam dininə tərəf axışması, bu dinin insanı xilas edəcək yeganə faktor kimi qəbul etmələri deyilənlərə əyani sübutdur. Amma etibarlı hədislərə qeyd edilir ki, bu proses İmamın (ə.f) zühuru zamanı daha da sürətlənəcək və İslam dini bütün dünyanı tam şəkildə əhatə edəcəkdir. İmam Muhəmməd Baqir (ə) yuxarıdakı ayənin təfsirində belə buyurmuşdur: "Bu ayədə verilən vəd Muhəmməd (s) ailəsindən olan Mehdinin (ə.f) zühuru zamanı həyata keçəcəkdir. Həmin gün yer üzündə Muhəmməd (s) həqiqətini təsdiq etməyən bir nəfər də qalmayacaq." ("Məcməul-Bəyan").
    "Tövbə" surəsi 33-cü ayənin təfsirində İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Hələ ki, bu ayənin mahiyyəti gerçəkləşməyib. O zaman gerçəkləşəcək ki, Mehdi (ə) zühur edəcək və dünyada bir nəfər də olsun kafir qalmayacaq."
    Hədislərdə həzrəti Mehdinin (ə) zühur əlamətləri geniş şəkildə açıqlanmışdır. Qısaca, deyə bilərik ki, zühurdan qabaq, yer kürrəsində küfr, zülm, sitəm, günah son hədə çatacaqdır.
    Zühurun dəqiq tarix və vaxtı barədə heç kəs qəti bir fikir deyə bilməz. Allah-Taaladan başqa, bu haqda qəti hökm söyləyən kəs yanlış və səhv iş görmüş, yalançılıq etmiş sayılacaqdır. Çünki zühur Allahın ixtiyarındadır.
    Sonxeber.pro


    Mənbə: https://news.milli.az/interest/1100189.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    131
    27
    34
    26
    45
    47
    15
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar