Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənistanın Rusiyaya üz Tutması: Paşinyaya Hansı Pərəstişkarlıq Edilib? - Video Xəbərlər

0

  • Bu gün Ermənistan ilə Rusiya arasında münasibətlərin gərginləşməsi müşahidə olunur. İki ölkənin rəsmiləri bir birilərinə qarşılıqlı ittihamlar səsləndirirlər. Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin "Politico" nəşrinə müsahibəsində deyib ki, Ermənistan daha öz təhlükəsizliyinin təminatçısı kimi Moskvaya arxalana bilməz. N.Paşinyan bildirib ki, Ermənistanın bu vəziyyətdə strategiyası başqalarından asılılığımızı maksimum dərəcədə azaltmağa çalışmaq olmalıdır.
    Proseslər onu göstərir ki, Ermənistan Rusiyadan imtina edərək tam qərbyönümlü siyasət həyata keçirir.
    Sonxeber.pro xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun qarşısına anti-Rusiya fəaliyyəti ilə bağlı tezislər qoymuşdular.
    "Həmin dövrdə səsləndirilən fikirlər özünü daha sonrakı zaman kəsiyində qabarıq şəkildə biruzə verdi. Paşinyanın bütün təxribatlarının, atdığı addımların təməlində o dayanırdı ki, Ermənistan cəmiyyətinə mesaj versin ki, Rusiya Ermənistanın təhlükəsizliyinə təminat verə bilmir və Ermənistan Rusiyanın orbitindən kənara çıxmalıdır", - deyə E.Mirzəbəyli qeyd edib.
    Daha geniş videomüsahibəni təqdim edirik:
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1143403.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi1 həft. öncə
    İzlənib12 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    04:50
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar