Bölmə Dünya Sözlük.info Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ermənistanda rusofobiyanın növbəti dalğası: Lavrova sərt cavab verildi Xəbərlər

0

  • Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağ müharibəsi ilə bağlı açıqlamaları Ermənistanda böyük rezonans doğurub.
    Sonxeber.pro Trend-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bir neçə gün əvvəl "Rossiya 24" telekanalına müsahibəsində Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxladığını vurğulayıb.
    "Rusiya əraziləri saxlamaq istəyən Ermənistanın əvvəlki rəhbərliyinin o qədər də yaxşı dərk etmədiyi çoxsaylı variantları təklif etdi. Azərbaycan ona məxsus olan torpaqları qaytardı", - Lavrov bildirib.
    Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş müşavirinin köməkçisi Vladimir Poqosyan Lavrovun bu bəyanatına kəskin reaksiya verib, sözün əsl mənasında ona sərt cavab verib.
    "Cənab Lavrov, sizə bir şeyi demək istəyirəm: lütfən, unutmayın ki, sizdən əvvəl də Kremldə az-çox ruslar olanda və çətin dövrümüzdə silah-sursatımız tükəndiyi vaxtlarda, gördükdə ki, bizim üçün çətindir, Rusiya Federasiyası bizə döyüş sursatı, silah-sursat vermədimi? Onda deyin ki, "biz də işğalçıyıq, biz də o yeddi rayonun alınmasına kömək etmişik, amma əsgərlə yox, silahla". Siz kömək etdiniz. İfadələrdə daha diqqətlisiniz. Xarici İşlər Nazirinin bizə sataşmasına ehtiyac yoxdur", - Poqosyan qeyd edib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/politics/1103839.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiRamin Muğalov
    Yerləşdirildi7 ay öncə
    İzlənib3 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16:20
    18:30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar